"596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib" "596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib"
  • Toplum
  • 15 May 2019 14:43
  •  2 341

Bu avtobusun hərəkət trayektoriyası bərpa edildi

"596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib"

Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.

Bu haqda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.

O bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub: “Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib”.(qafqazinfo.az)

AzNews.az