Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb
  • Toplum
  • 20 May 2019 16:07
  •  2 298

“Bank VTB Azərbaycan”da şöbə rəhbəri təyinatı - DOSYE

Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb

"Amrah Bank" ASC-nin Biznesin inkişafı və marketinq departamentinin direktoru Şəfiqə Hacıyeva (Hüseynova) vəzifəsini tərk edib.

Məlumata görə, o, "Bank VTB Azərbaycan” ASC-nin sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri təyin olunub.

Şəfiqə Hacıyevanın iş karyerasından bəzi vacib məqamları diqqətinizə çatdırırıq. O, Azərbaycanın digər bankında məsul vəzifədə çalışırdı. Belə ki o, uzun müddət "Amrahbank” ASC-nın Biznesin İnkişafı və Marketinq departamentinin direktoru vəzifəsini uğurla icra edib. Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına 2005-ci ildən NİKOİL Bank-dakı fəaliyyəti ilə başlayıb. Qeyd edək ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistr, ondan əlavə Azərbaycanın ADA Universitetində və Hollandiyanın biznes məktəbində (Maastricht School of Management) EMBA dərəcələrini alıb. Şəfiqə Hacıyevaya yeni işində uğurlar arzulayırıq.(sfera.az)

AzNews.az