Bu, yenidənqurma işləri ilə əlaqədardır. Bu, yenidənqurma işləri ilə əlaqədardır.
  • Toplum
  • 22 May 2019 21:20
  •  1 962

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik ediləcək

Bu, yenidənqurma işləri ilə əlaqədardır.

Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

AzNews.az