"14:00-a qədər respublika ərazisində hər hansı təkan qeydə alınmayıb" "14:00-a qədər respublika ərazisində hər hansı təkan qeydə alınmayıb"
  • Toplum
  • 24 May 2019 14:23
  •  2 843

Seysmoloji Xidmət Mərkəzi zəlzələ xəbərini təkzib etdi

"14:00-a qədər respublika ərazisində hər hansı təkan qeydə alınmayıb"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

RSXM-nin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, 14:00-a qədər respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan qeydə alınmayıb: "Hər hansı ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu, hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Yasamal rayonunda zəlzələ baş verdiyi ilə bağlı məlumatlar yayılıb.(report.az)

AzNews.az