Sklanoçkin Aleksey Yevgenyeviçin meyiti aidiyyəti üzrə təhvil verilib Sklanoçkin Aleksey Yevgenyeviçin meyiti aidiyyəti üzrə təhvil verilib
  • Toplum
  • 26 May 2019 10:08
  •  1 832

Bakıda mənzildən 60 yaşlı kişinin meyiti tapıldı

Sklanoçkin Aleksey Yevgenyeviçin meyiti aidiyyəti üzrə təhvil verilib

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az