Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır
  • Toplum
  • 26 May 2019 11:00
  •  2 399

Orta məktəbdə dava düşdü - Şagirdin burnu sındı

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır

Abşeronda 2 nömrəli tam orta məktəbdə dava düşüb, 9-cu sinif şagirdi xəsarət alıb.

Hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

9-cu sinifdə oxuyan 15 yaşlı Həmidzadə Asif Həsib oğlu sinif yoldaşları ilə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, A.Həmidzadənin burun sümüyü sınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.(ona.az)

AzNews.az