Cənazə Bakıdan birbaşa Naxçıvana aparılacaq Cənazə Bakıdan birbaşa Naxçıvana aparılacaq
  • Toplum
  • 14 İyun 2019 14:10
  •  1 610

Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə dəfn olunacaq - Açıqlama

Cənazə Bakıdan birbaşa Naxçıvana aparılacaq

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı mərhum Həlimə Əliyeva Ordubad rayonunun Kələki kəndində dəfn olunacaq.

Bu barədə AzNews.az-a sabiq deputat Arzu Səmədbəylinin qardaşı Aqil Səmədbəyli məlumat verib.

O bildirib ki, mərhumun cənazəsi sabah Türkiyədən Bakıya gətiriləcək:

“Hazırda sənədləşdirmə işləri aparılır. Bakıya gətiriləndən sonra isə mərhumun cənazəsi birbaşa hava limanından Naxçıvana aparılacaq”.

Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva bu saatlarda Türkiyədə dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az