Yasamal rayon Prokurorluğu məlumat verib Yasamal rayon Prokurorluğu məlumat verib
  • Toplum
  • 14 İyun 2019 15:12
  •  2 307

Bakıda intihar edən ana ilə qızı jurnalistin ailəsi imiş - detallar açıqlandı

Yasamal rayon Prokurorluğu məlumat verib

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

AzNews.az xəbər verir ki, hadisənin detalları ilə bağlı Oxu.az Yasamal rayon Prokurorluğundan məlumat əldə edib.

Bu gün saat 13:00 radələrində ana və qızı özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızıdır.

Məlumata görə, əvvəl R.Allahverdiyeva özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edilib ki, ölənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Balabəy oğlu Mahmudovun həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az