Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb
  • Toplum
  • 14 İyun 2019 16:38
  •  1 285

Bakıda beş nəfər itkin düşdü - İkisi məktəblidir

Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər.

Hazırda yeniyetmələrin axtarışları davam edir.

Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.(oxu.az)

AzNews.az