Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar. Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar.
  • Toplum
  • 15 İyun 2019 20:38
  •  1 859

Türk qadınları parlament fəaliyyətində nümunə göstərirlər

Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar.

Qurumun baş katibi Altınbek Mamayusupov qonaqlara TürkPa-nın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, təşkilatın əsas məqsədi tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət etməkdir. “Hazırda bu istiqamətlərdə fəaliyyətimizi davam etdiririk. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu illər ərzində TürkPA-ya üzv ölkələr beynəlxalq aləmdə özlərinə layiqli yer tutublar. Dünyada artıq bizim ölkələrimizin parlamentlərinin də səsi eşidilir”-deyə baş katib qeyd edib.

Türkdilli ölkələr arasında əməkdaşlığının əhəmiyyətini vurğulayan Altınbek Mamayusupov müvafiq qurumların işinə hüquqi dəstək göstərilməsində səylərin birləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra qonaqlar Katibliyin kitabxanasında üzv ölkələrin dostluq və qardaşlığını əks etdirən nəşrlərə, albomlara baxıblar.(AZƏRTAC)

AzNews.az

image description image description image description