Neçə nəfərin həlak olduğu dəqiqləşdirilir. Neçə nəfərin həlak olduğu dəqiqləşdirilir.
  • Toplum
  • 17 İyun 2019 20:09
  •  4 164

Ələt yolunda avtomobillər yenə də can aldı

Neçə nəfərin həlak olduğu dəqiqləşdirilir.

Bakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

İşçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.

Qəza nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - məlumatda qeyd olunub.(axar.az)

AzNews.az