Birinci vitse-prezident yas mərasimin xərclərini öz üzərinə gotürmüşdü Birinci vitse-prezident yas mərasimin xərclərini öz üzərinə gotürmüşdü
  • Toplum
  • 17 İyun 2019 21:19
  •  1 618

Əbülfəz Elçibəyin ailəsi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib

Birinci vitse-prezident yas mərasimin xərclərini öz üzərinə gotürmüşdü

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

O, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.(qafqazinfo.az)

AzNews.az