Ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib Ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib
  • Toplum
  • 18 İyun 2019 09:25
  •  3 335

Azərbaycanda əhalinin əsas ölüm səbəbləri açıqlandı

Ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə çoxdur. 2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2017-ci ildə 33 663nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1 826-i (2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2 772-i (2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayında azalma qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2017-ci ildə 586,7 hal, 2016-cı ildə 587,8 hal, 2015-ci ildə bu göstərici 574,0 hal olub.(trend.az)

AzNews.az