Xəttə ehtiyat qatar buraxılıb Xəttə ehtiyat qatar buraxılıb
  • Toplum
  • 18 İyun 2019 09:29
  •  3 033

Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

Xəttə ehtiyat qatar buraxılıb

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, saat 8:00-da “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatarda “Xalqlar dostluğu” stansiyasında nasazlıq yaranıb:

“Sərnişinlər stansiyada boşaldılıb və qatar texniki baxışdan keçmək üçün depoya göndərilib. Əvəzində xəttə ehtiyat qatar buraxılıb. Buna görə qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb. Hazırda qatarların bərpası üçün tədbirlər görülür”.

Bahar RÜSTƏMLİ

AzNews.az