"Xəstə və donor tam normal vəziyyətdə evə yazılıblar" "Xəstə və donor tam normal vəziyyətdə evə yazılıblar"
  • Toplum
  • 18 İyun 2019 14:50
  •  1 596

Bakıda 20 yaşlı qıza təkrar böyrək köçürüldü

"Xəstə və donor tam normal vəziyyətdə evə yazılıblar"

Üç il əvvəl xarici ölkədə xəstə üzərində böyrəkköçürmə əməliyyatı həyata keçirilsə də, təəssüf ki, əməliyyatın nəticəsi uğursuz olub - köçürülmüş böyrək cəmi bir gün fəaliyyət göstərib və onun xaric edilməsi zərurəti yaranıb.

Həmin xəstə kömək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Tibb müəssisəsində təkrar böyrək transplantasiyası əməliyyatı icra olunması barədə qərar qəbul olunub.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat uğurla başa çatıb və qıza xalası oğlunun böyrəyi köçürülüb.

Əməliyyatı icra edən cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın dediyinə görə, əməliyyatdan sonrakı müddət gərgin keçib: "Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə müntəzəm olaraq hemodializ seansları qəbul etdiyi üçün onun bütün magistral damarları zədələnib. Qarşıya çıxan çətinliklərə baxmayaraq, cərrah və nefroloqlardan ibarət həkimlər briqadasının səyi nəticəsində əməliyyat uğurla keçib. Xəstə və donor tam normal vəziyyətdə evə yazılıblar. Köçürülən böyrək normal fəaliyyət göstərir”.

AzNews.az