- Toplum
- 18 İyun 2019 16:04
- 8 692
Meyxanaçı internetdə tanış olduğu oğlanla danışan arvadını döydü, sonra... - VİDEO
Xannənə meyxanaçı Araz Astaralının arvadıdır
Meyxanaçı Araz Astaralının həyat yoldaşı Xannənə Şəkərovanı döydüyü ortaya çıxıb.
AzNews.az xəbər verir ki, onun xanımını döyməsinə səbəb isə qadının sosial mediada tanış olduğu Türkiyə vətəndaşı ilə telefonla danışması olub. Bu xəyanəti qəbul edə bilməyən ər Xannənəni döyüb. Bundan sonra 2 uşaq anası evdən qaçıb. Bir neçə gün sonra isə onun Bakıya gələrək tanımadığı bir qadının evində qaldığı məlum olub.
Qeyd edək ki, Xannənə meyxanaçı Araz Astaralının arvadıdır.
Bu barədə "Bizimləsən" verilişində məlumat verilib. 29 yaşlı Xannənə İbrahimqızı Şəkərova evdən çıxıb və geri qayıtmayıb.
Verilişə zəng edən iki uşaq anası Xannənənin anası bildirib ki, o, yoldaşı ilə dava edib və sonra evdən gedib.
Verilişdən sözügedən kadrları sizə təqdim edirik
Aynur
AzNews.az