Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib
  • Toplum
  • 18 İyun 2019 22:24
  •  1 450

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı 20 gün sonra öldü

Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib

Bakıda Türkiyə vətəndaşı dünyasını dəyişib.

Hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 241, mənzil 65-də baş verib.

Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib. "Lokal Pizza" kafesində pizza ustası işləyən Kılıç Selim iyunun 15-də həmin mənzildə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)