O, Mehdiabad qəsəbəsində yaşayıb O, Mehdiabad qəsəbəsində yaşayıb
  • Toplum
  • 20 İyun 2019 11:27
  •  1 412

Abşeronda 15 yaşlı oğlan eyvandan yıxılaraq öldü

O, Mehdiabad qəsəbəsində yaşayıb

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (APA)