- Toplum
- 24 İyun 2019 21:41
- 2 363
İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir
İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Aznews.az-a verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.