Xəstənin öd kisəsi 3 dəfə böyüyüb Xəstənin öd kisəsi 3 dəfə böyüyüb
  • Toplum
  • 25 İyun 2019 12:21
  •  1 960

Bakıda xəstənin öd kisəsindən 276 "muncuq" çıxarıldı - FOTO

Xəstənin öd kisəsi 3 dəfə böyüyüb

Bakıda əməliyyat zamanı xəstənin öd kisəsindən çıxan daşların sayı və görünüşü həkimi soka salıb.

AzNews.az xəbər verir ki, öd kisəsi ağrılarından əziyyət çəkən xəstə həkimə müraciət edib. Həkim Ruslan Ağayev xəstəni müayinə edərkən onun öd kisəsinin 3 dəfə böyüdüyünü görüb. 2 saata yaxın davam edən əməliyyat prosesindən sonra həkim xəstənin öd kisəsindən 276 muncuğa oxşar daş çıxarıb:

“Öd kisəsinin divarları qanqrenoz dəyişikliyə uğrayıb. İnsan nə qədər dözümlü, güclü olmalıdır ki, buna dözsün. Xəstənin kisəsindən 276 ədəd muncuğa oxşar öd daşları çıxardıq”.

Bahar RÜSTƏMLİ

AzNews.az