“Fazil Məmmədovun səhhəti ilə bağlı məlumat verməyə ixtiyarımız yoxdur” “Fazil Məmmədovun səhhəti ilə bağlı məlumat verməyə ixtiyarımız yoxdur”
  • Toplum
  • 26 İyun 2019 14:09
  •  2 349

Xəstəxana Fazil Məmmədovun səhhətinə aydınlıq gətirdi

“Fazil Məmmədovun səhhəti ilə bağlı məlumat verməyə ixtiyarımız yoxdur”

Bunu AzNews.az-a Gəncə Beynəlxalq Xəstəxanasından ötən gün Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun səhhətinin pisləşməsi ilə bağlı məlumata aydınlıq gətirərkən bildirilib. Xəstəxanadan verilən məlumata görə, orada müalicə olunan xəstələrlə bağlı hər hansı məlumat verilməyə icazə verilmir.

Qeyd edək ki, Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun iyunun 25-də səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. O, qara ciyər xəstəliyindən və qan təzyiqinin yüksəlməsindən əziyyət çəkdiyi deyilir.

Bahar RÜSTƏMLİ
AzNews.az