Həftənin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq Həftənin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq
  • Toplum
  • 27 İyun 2019 10:25
  •  1 139

Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başladı

Həftənin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həftənin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

AzNews.az