Hadisə ötən yay Bakıya gətirilən qatarda baş verib Hadisə ötən yay Bakıya gətirilən qatarda baş verib
  • Toplum
  • 12 İyul 2019 09:26
  •  2 301

Bakı metrosunda həyacan- Sərnişinlər vaqondan boşaldıldı

Hadisə ötən yay Bakıya gətirilən qatarda baş verib

Bu səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarında “Dərnəgül” - “Həzi Aslanov” xətti istiqamətində hərəkət edən qatarda texniki problem yaşanıb:

“Hadisə ötən yay Bakıya gətirilən yeni qatarlardan birində baş verib. Qatar “İnşaatçılar” stansiyasında dayananda onun qapılarından birində problem yaranıb, sərnişinlər boşaldılıb. 5 dəqiqəyə problem aradan qaldırılıb. Hazırda həmin qatar hərəkətdədir”.

Bahar RÜSTƏMLİ

AzNews.az