Ölkə ərazisində hava şəraiti dəyişib Ölkə ərazisində hava şəraiti dəyişib
  • Toplum
  • 12 İyul 2019 21:36
  •  2 833

ETSN: Ölkə ərazisində qərb küləyi güclənib, Göygölə dolu düşüb

Ölkə ərazisində hava şəraiti dəyişib

Saat 21.00-a olan məlumatına görə qərb küləyi Naftalanda saniyədə 30-34 m, Tərtərdə saniyədə 25-30 metr, Şəmkirdə saniyədə 22 metr, Bərdədə saniyədə 25 metr, Yevlaxda saniyədə 17-20 metr, Mingəçevirdə 17 metr, Sumqayıtda 18 metr, Bakıda saniyədə 22 metrədək güclənib.

Aznews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, saat 20:05 radələrində Göygöl və ətraf kəndlərə dolu düşüb.