Goranboyda yağışla müşayiət olunan güclü külək rayonun bir sıra kəndlərində fəsad törədib Goranboyda yağışla müşayiət olunan güclü külək rayonun bir sıra kəndlərində fəsad törədib
  • Toplum
  • 12 İyul 2019 23:55
  •  2 431

Güclü külək Goranboyun bəzi kəndlərində fəsadlar yaradıb

Goranboyda yağışla müşayiət olunan güclü külək rayonun bir sıra kəndlərində fəsad törədib

Məşədiqaralar kəndində elektrik hava xəttində baş verən qısaqapanma yanğına səbəb olub.

Çəpərlərə od düşüb. FHN-in yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yaşayış evlərinə uzanan yanğının qarşısı alınıb. Hazırda onlar hadisə yerindədir. Kəndin işıqları sönüb. Eyni zamanda Zeynallı, Nərimanlı, Boluslu ,Eyvazlılar və bəzi digər kəndlərdə də işıqlar sönüb.

Küləyin yaratdığı problemlər bir sıra kəndlərdə rabitə təsərrüfatına da ziyan vurub və müəyyən istiqamətlərdə telefon və internet xidmətlərində fasilələr yaranıb.