Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib
  • Toplum
  • 15 İyul 2019 11:06
  •  1 601

Qaradağda ağır qəza - Yaralılar var

Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Ələt istiqamətində hərəkət edən "Lada" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Mərkəzdən verilən məlumata görə, xəstələrdən üçünün vəziyyəti yaxşı olduğundan onlar ambulator müalicəyə göndəriliblər. Digər iki nəfər 1985-ci il təvəllüdlü Məmmədova Nəzakət Hülüxan qızı boyun fəqərəsinin çıxığı və sınığı, 2013-cü il təvəllüdlü Məmmədov Məhəmməd Kənan oğlu isə döş qəfəsinin arxa hissəsinin kesilmiş, deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.(trend.az)

AzNews.az