Bakıda yol qəzası baş verib Bakıda yol qəzası baş verib
  • Toplum
  • 15 İyul 2019 19:45
  •  1 903

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda yol qəzası baş verib

Hadisə bu gün saat 18:50 radələrində Aeroport yolunda qeydə alınıb.

Belə ki, KN-100-RDA Gürcüstan dövlət nömrəli nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək 90-TD-723 dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır. (Report)