"İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır" "İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır"
  • Toplum
  • 16 İyul 2019 12:50
  •  3 643

Xan sarayında yaralananların son vəziyyəti açıqlandı

"İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır"

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

“1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır”- deyə nazirlikdən bildirilib.

AzNews.az