Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 17 İyul 2019 19:48
  •  1 579

Şamaxıda avtoqəza olub, 5 nəfər xəsarət alıb

Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Rayonun Göylər kəndində "QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Xəsarət almış şəxslər təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda zərərçəkənlərin adları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)