Bu il qanunsuz miqrantların saxlama mərkəzlərinə 627 miqrant yerləşdirilib Bu il qanunsuz miqrantların saxlama mərkəzlərinə 627 miqrant yerləşdirilib
  • Toplum
  • 18 İyul 2019 12:52
  •  1 917

Azərbaycanda yaşayan qanunsuz miqrantların sayı açıqlandı

Bu il qanunsuz miqrantların saxlama mərkəzlərinə 627 miqrant yerləşdirilib

Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur:

"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır", V.Hüseynov bildirib.(report.az)

AzNews.az