Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb
  • Toplum
  • 18 İyul 2019 18:45
  •  2 321

"Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb

Aznews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.

İstismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.