Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 18 İyul 2019 22:25
  •  2 343

Bakıda yol qəzası baş verib - Ölən və yaralanan var

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.

Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. (Report)