BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub
  • Toplum
  • 19 İyul 2019 11:52
  •  5 989

BDU dünyanın 1000 nüfuzlu universiteti siyahısına daxil edildi

BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub

Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

Universitetdən verilən məlumata görə, “QS World University Rankings 2020”nin açıqlamasında BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.(apa.az)

AzNews.az