Şirvan şəhərində kütləvi zəhərlənmə olub Şirvan şəhərində kütləvi zəhərlənmə olub
  • Toplum
  • 19 İyul 2019 21:00
  •  2 441

Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB

Şirvan şəhərində kütləvi zəhərlənmə olub

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

***

Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır. (APA)