Uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır Uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır
  • Toplum
  • 22 İyul 2019 19:43
  •  1 924

Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır (FOTO)

Uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Aznews.az-a verilən məlumata görə, yolun 37 kilometrlik hissəsi tam yeni və müasir görkəmdə istifadəyə verilib. Altmış mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Hazırda həmin avtomobil yolunun Cəlilabad rayonu ərazisinə düşən 35 kilometrilk hissəsində təmir işləri görülür.

Bu hissədə yol profilə salınıb, ümumilikdə isə təmir işlərinin aparıldığı ərazi 300 min kvadratmetrdən çox sahəni əhatə edib. Yolda asfaltlanma işlərinə başlanılıb. Tikinti işləri başa çatdıqdan sonra 38 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 280 yol nişanı və məlumatverici lövhə, 35 kilometr göstəricisi və 1610 siqnal dirəyi quraşdırılacaq, yol-cızgi və yolgöstərici xətlər çəkiləcək.

İki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik yolun yenidən qurulması, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək, həmçinin ölkəmizdə nəqliyyat sahəsinin inkişafına dəstək vermək məqsədi daşıyır.