- Toplum
- 22 İyul 2019 20:09
- 2 025
İki dövlət orqanında 14 vakant yer ümumi müsahibəyə çıxarılıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
DİM-dən Aznews.az-a verilən məlumata görə, elan üzrə 2 dövlət orqanında mövcud olan 14 vakant vəzifə üzrə 14 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 16 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimin köməkçisi (1 vakant yer üzrə 6 namizəd) vəzifəsidir.
Müsahibələrin iyulun 29-dan avqustun 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilər.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.