Onun hansı səbəbdən öldüyü hələlik bilinmir Onun hansı səbəbdən öldüyü hələlik bilinmir
  • Toplum
  • 14 Avqust 2019 08:40
  •  1 282

Sumqayıtda 68 yaşlı qadın qəfildən vəfat etdi

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 33 nömrəli yataqxanada 1951-ci il təvəllüdlü Əzizə Hacıyeva qəfildən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparır. (APA)