Məhərrəm ayının başlanacağı tarix məlum oldu

Sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq

Məhərrəm ayı bu il sentyabrın 1-də başlayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev məlumat verib. Sədr müavini bildirib ki, Aşura isə Məhərrəm ayının 10-cu gününə, yəni sentyabrın 10-a təsadüf edəcək.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-da başa çatacaq.