Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək
  • Toplum
  • 17 Avqust 2019 11:24
  •  1 921

Sabah Bakıda 34 dərəcə isti olacaq

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti təşkil edəcək.