"Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçi Qrupu yaradılıb" "Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçi Qrupu yaradılıb"
  • Toplum
  • 19 Avqust 2019 15:08
  •  1 882

Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

"Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçi Qrupu yaradılıb"

Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.

Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Billurə Hacızadə bildirib.

O vurğulayıb ki, Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçi Qrupu yaradılıb.

"Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq", - B.Hacızadə əlavə edib.(report.az)

AzNews.az