"Bu haqda əlavə xəbər verəcəyik" "Bu haqda əlavə xəbər verəcəyik"
  • Toplum
  • 22 Avqust 2019 16:52
  •  2 396

Səhiyyə Nazirliyindən "taxta bazarı"ndakı yanğınla bağlı - Açıqlama

"Bu haqda əlavə xəbər verəcəyik"

Nərimanov rayonunda yanğın başlayan "taxta bazarı"na 10 Təcili Yardım biriqadası göndərilib.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, çağırış saat 15.12-də daxil olub:

“Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu haqda əlavə xəbər verəcəyik”.

Qeyd edək ki, bu dəqiqələrdə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bahar

AzNews.az