Nazirlik məlumat yaydı Nazirlik məlumat yaydı
  • Toplum
  • 22 Avqust 2019 17:41
  •  1 848

"Taxta bazarı"ndakı yanğında FHN-nin əməkdaşları xəsarət alıb - VİDEO

Nazirlik məlumat yaydı

Nərimanov rayonunda yanan “taxta bazarı”nda iki nəfər xəsarət alıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, xəsarət alan şəxslər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.

"Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilir.

Əlavə məlumat veriləcək.

AzNews.az