"Vəkillər Kollegiyası BMT-nin alt qurumları ilə əməkdaşlıqda maraqlıdır" "Vəkillər Kollegiyası BMT-nin alt qurumları ilə əməkdaşlıqda maraqlıdır"
  • Toplum
  • 23 Avqust 2019 11:05
  •  2 112

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Vəkillər Kollegiyasında - FOTOLAR

"Vəkillər Kollegiyası BMT-nin alt qurumları ilə əməkdaşlıqda maraqlıdır"

Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Quido Ambrosonun rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasını ziyarət edib.

Rəsmi qonağı salamlayan Kollegiyanın sədri Anar Bağırov ona yeni işində uğurlar arzulayaraq Nümayəndəliyin rəsmisinin artıq ikinci dəfədir ki, Kollegiyanı ziyarət etdiyini vurğulayıb və Vəkillər Kollegiyasının BMT-nin digər alt qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Daha sonra Anar Bağırov tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması, xüsusilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması, ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq vəkillərimizin humanitar, qaçqınlar ilə bağlı hüquq sahəsində biliklərinin dərinləşdirilməsinin zəruri olduğunu vurğulayıb və Qaçqınlar üzrə Ali Komissarlığın bu sahədəki təcrübəsindən faydalanmağın vacibliyini qeyd edib.

Sonra Quido Ambroso rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, xüsusilə sığınacaq üçün ölkəmizə imiqrasiya etmiş əcnəbi qaçqınların maraqlarının müdafiəsi üzrə görülən işlər və bu istiqamətdə Vəkillər Kollegiyası ilə əməkdaşlığın faydalı ola biləcəyi barədə fikirlərini bölüşüb.

Sonda qonaqla xatirə fotosu çəkilib.(barassociation.az)

AzNews.az

image description image description