İki yaralının vəziyyəti orta-ağırdır İki yaralının vəziyyəti orta-ağırdır
  • Toplum
  • 23 Avqust 2019 11:29
  •  1 819

Səhiyyə Nazirliyindən mikroavtobusun aşması ilə bağlı - Açıqlama

İki yaralının vəziyyəti orta-ağırdır

Səhiyyə Nazirliyi Yevlaxdan Bakıya gələn "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlarla bağlı açıqlama yayıb.

AzNews.az nazirliyə istinadən xəbər verir ki, Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib:

Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı) , 3-ü isə kişidir (43, 47 və 14 yaşlı) . Yaralılardan 6-ın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir.

Hər ikisinin vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində mikroavtobus qəzaya uğrayıb.

Mil-Muğan qəsəbəsində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-dan çox adam xəsarət alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az