"Xətai" stansiyası açıldı "Xətai" stansiyası açıldı
  • Toplum
  • 12 Sentyabr 2019 11:02
  •  2 245

Metro istifadəçilərinə şad xəbər - VİDEO

"Xətai" stansiyası açıldı

Bu gündən etibarən “Xətai” stansiyası sərnişinlərin ixtiyarına verilib.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O, stansiyanın açılması münasibəti ilə bürün sərnişinləri təbrik edib:

“Xətai stansiyası açıldı. Bütün sərnişinlərimizi təbrik edirik”.

Qeyd edək ki, “Xətai” stansiyası təmir işləri ilə əlaqədar olaraq 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanmışdı. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulmuşdu.

Bahar RÜSTƏMLİ

AzNews.az