99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub 99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub
  • Toplum
  • 16 Sentyabr 2019 12:04
  •  2 170

Bakıda YPX maşını qəzaya uğradı - polislər xəsarət aldı

99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.

Hadisə “Monte Kristo” restoranı yaxınlığında qeydə alınıb.

99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisləri xəsarət alıb.

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatı öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalına yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Baku.ws saytı yayıb.