Eskalatorun üzərinə plastik maddə qırıntıları tökülüb Eskalatorun üzərinə plastik maddə qırıntıları tökülüb
  • Toplum
  • 19 Sentyabr 2019 11:52
  •  1 264

Bakı metrosunda təşviş - Eskalator dayandı, sərnişin yıxıldı

Eskalatorun üzərinə plastik maddə qırıntıları tökülüb

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”ndə problem yaşanıb. Metronun yenicə istifadəyə verilən “Xətai" stansiyasında hərəkətdə olan eskalator dayanıb. Sosial şəbəkədə yayılan məlumata görə, həmin vaxt eskalatorda olan qadın sərnişinlərin birinin ürəyi sıxılıb və pillələrin üstünə yıxılıb. Yaranmış bu vəziyyət sərnişinlərin təşvişinə səbəb olub.

"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov AzNews.az-a açıqlamasında “Xətai” stansiyasında eskalatorun dayanması nəticəsində heç bir sərnişinin xəsarət almadığını bildirib:

“Xətai” stansiyasındakı eskalatorların fəaliyyətində heç bir problem yoxdur. Eskalatorun üzərinə plastik maddə qırıntıları tökülüb. Yəni, saç sancağına oxşar metal maddənin qırıntıları olub. Bu eskalatorlar da müasir standartlarla quraşdırılıb. Ona görə üzərinə tökülən metal qırıntılarına dərhal reaksiya verib. Bu zaman eskalator dayanıb, təmizlənəndən sonra fəaliyyəti bərpa olunub. Hazırda stansiyada heç bir problem yoxdur”.

Bahar RÜSTƏMLİ

AzNews.az