Mənim ən gözəl rəfiqələrim azərbaycanlılar olub Mənim ən gözəl rəfiqələrim azərbaycanlılar olub
  • Toplum
  • 19 Sentyabr 2019 12:08
  •  864

Erməni qadından etiraf - "Azərbaycanı və azərbaycanlıları sevirəm!"

Mənim ən gözəl rəfiqələrim azərbaycanlılar olub

Əslən Gəncədən olan, Qarabağ münaqişəsindən sonra Rusiyanın Rostov şəhərinə köçən erməni qadın Lyubov İvanovna Azərbaycanla bağlı inanılmaz etiraflar edib.

Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramına müsahibə verən qadın azərbaycanlı ərinin qohumları ilə hələ də əlaqə saxladığını deyir:

"Rafiqin qohumları ilə zəngləşirik. Bacısı qızı Aygün söz verib ki, Türkiyədən gələndə bizə gələcək. Soruşur ki, nə gətirim sizə. Deyirəm əncir, zoğal, heyva, qara moruq mürəbbəsi gətir. Deyir ki, Lyuba bacı, bu qədər mürəbbəni neyləyirsən? Deyirəm ürəyim istəyir, burada yoxdur. Mənim uşaqlığımın, cavanlığımın mürəbbələri budur.

Azərbaycana yaxşı günlər arzulayıram. Qoy Azərbaycan çiçəklənsin! Çünki mənim vətənimdir. Mən Azərbaycanı sevirəm! Mən azərbaycanlıları sevirəm! Mənim ən gözəl rəfiqələrim azərbaycanlılar olub!"

Qeyd edək ki, vaxtilə Gəncədə yaşayan Lyubov İvanovna azərbaycanlı Rafiqlə sevgili olub. Bir müddətdən sonra ailəsi Rafiqi evləndirməyə qərar verir və Lyuba ondan ayrılır. Raqif adət-ənənəyə uyğun olaraq 18 yaşlı Kəmalə ilə ailə qurur. Bu evlilikdən Elcan doğulur. Lakin evlilik uzun sürmür. Elcanın varlığı belə atasını erməni sevgilisindən ayıra bilmir. Rafiq Lyubanın yanına dönür və onunla birlikdə yaşamağa başlayır.

Kəmalənin atası kürəkənini geri qaytarmaq məqsədilə nəvəsini onun sevgilisi ilə birgə yaşadığı evin qarşısına atır. Amma hadisələr qayınatanın planının əksinə inkişaf edir. Lyuba Rafiqin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür. İndi Elcanın qohumları onun Azərbaycana qayıtmasını istəyirlər. Elcan isə onun körpə yaşında atan doğma anasından imtina edib və Azərbaycana geri qayıtmaq istəmədiyini bildirib. (BAKU.WS)