Kəskin respirator virus infeksiyaları tək-tək müşahidə edilir - Səhiyyə Nazirliyi

Hazırda epidemioloji monitorinq aparılır

Səhiyyə Nazirliyi hava şəraitinin dəyişməsi ilə bağlı yayılan respirator virus infeksiyaları ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.

Bahar RÜSTƏMLİ

AzNews.az