Bu gün ilə bağlı tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur Bu gün ilə bağlı tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur
  • Toplum
  • 16 Oktyabr 2019 11:50
  •  1 652

AQTA xüsusi günü maraqlı video ilə qeyd etdi - KADRLAR

Bu gün ilə bağlı tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur

Bu gün Ümumdünya Qida Günüdür. Qida Günü BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən (FAO) qurumun 1945-ci ildə yaradılmasının ildönümünü qeyd etmək üçün təsis olunub. Bu gün ilə bağlı tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur.

AzNews.az AQTA-ya istinadən xəbər verir ki, bu il “Ümumdünya Qida Günü”nün şüarı “Sağlam qidalanma” olaraq təyin edilib.

Məqsəd diqqəti əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılmasına cəlb etməkdir.

Səidə Vahid

AzNews.az